Turkiyede tehsil almaq
Tükiyede tehsil almaq və üstünlükləri:
Türkiyədə təhsilin üstünlükləri hədsiz çoxdur. Həm dil yaxınlığı, həm sərf olunan xərc baxımından təhsil üçün ən uyğun ölkələrdən birdir.
Həmçinin yalnız attestatla qəbul almaq prosesi olduqca asandir. Lakin sənədlər və tələblər bəzən hansı universitetə qəbul olmaq istədiyinizə görə dəyişə bilər.Türkiyədə təhsilin zamanı hər universitetin özünə aid xüsusi tələbləri möcuddur.
Türkiyədə təhsilin üstünlüklərindən biri də məsafənin qısa olmasıdır. Viza probleminin olmaması digər bir səbəbdir.
Təhsil haqqının digər ölkələrə nisbətən daha aşağı olması Türkiyədə təhsilin üstünlüklərindəndir.İxtisasdan asılı olaraq tələbələr Türkiyəyə TQDK, SAT, YÖS və ya attestatla qəbul oluna bilərlər.
Türkiyədə attestatla təhsil
Türkiyədə attestatla təhsil almaq Azərbaycan tələbələrinin ən çox etdiyi seçimlərdəndir.Attestatla müraciətdən sonra universitetlər həmin tələbələri müsahibəyə dəvət edirlər.Müsahibədə ümümi söhbət aparılır.Tələbənin ixtisasa marağı,dünya görüşü və ümümi biliyi haqqında müsahibə götürülür.
Attestatla qəbul olunma istəyinin əsas mənfisi dövlət üniversitetlərinin hər birinə gedə bilməməyinizdir.İri şəhərlərdəki dövlət universitetləri buraya daxildir .Bu şəhərlərdə təhsil üçün müəyyən imtahan nəticələriniz olmalıdır.
Türkiyədə attestatla təhsil qiymətlərinin rolu ondan ibarətdir ki, sizin attestat ortalamaniza görə ixtisas seçimi edə bilərsiz.Lakin dövlət universitetlərində attestatla birbaşa gedə bilmədiymiz tibb və hüquq ixtisasları vardır.
Siz həmçinin attestatla özəl universitetlərdə təhsil ala bilərsiniz. Hətta burada dövlət universitetlərində təhsil ala bilməyəcəyiniz ixtisaslara belə qəbul oluna bilərsiniz.Bir müsbət cəhət ondan ibarətdir ki, özəl universitetlər də mərkəz şəhərlərdə yerləşir. Lakin bunu bilməlisiniz ki, özəl universitetlərin təhsil haqqları yüksəkdir.
Türkiyədə attestatla qəbulda lazım olacaq sənədlər bunlardır:
- Attestat
- Transcript (9,10,11 ci sinif qiymətləri üçün)
- 8 ədəd 3×4 ölçüdə fotoşəkil
- 8 ədəd 4,5×6 ölçüdə fotoşəkil
- Xarici pasport
- Şəxsiyyət vəsiqəsi