Gurcustanda tehsil
Gürcüstanda təhsil almağa üz tutan azərbaycanlı tələbələrin sayı hər il artır.Qonşu dövlət olması aradakı məsafənin azlığına, buranın əhalisinin azərbaycanlılara isti baxmasına və.s səbəb olur. Həmçinin burada həm təhsil haqları, həm də yaşam xərcləri digər ölkələrə görə azdır. Gürcüstan universitetlərində tədris dili gürcü,rus və ingilis dilində olur. Əgər siz gürcü dilində təhsil almaq istəyirsinizsə 1 il müddətində hazırlıq keçə, daha sonra təhsilinizə başlaya bilərsiniz. Gürcüstanda qiyabi təhsil yalnız bəzi dövlət akkreditasiyasından keçmiş özəl universitetlərdə mümkündür. Dövlət universitetlərində qiyabi təhsil yeni qanunlara əsasən mümkün deyil.
Gurcustanda tehsil – qəbul üçün tələb olunan sənədlər
Bakalavr təhsili üçün:
- Attestat (gürcü dilinə tərcümə və təsdiq);
- Xarici passport;
- Şəkil 3×4 – 6 ədəd;
- Şəxsiyyət vəsiqəsinin kopyası;
- Doğum haqqında şəhadətnamə (gürcü dilinə tərcümə və təsdiq).
Magistratura təhsili üçün:
- Bakalavr dərəcəsinin diplomu (gürcü dilinə tərcümə və təsdiq);
- Transkript-qiymət cədvəli (gürcü dilinə tərcümə və təsdiq);
- Xarici passport;
- Şəkil 3×4 – 6 ədəd;
- Şəxsiyyət vəsiqəsinin kopyası;
- Doğum haqqında şəhadətnamə (gürcü dilinə tərcümə və təsdiq).
PHD, Doktorantura təhsili üçün:
- Bakalavr dərəcəsinin diplomu (gürcü dilinə tərcümə və təsdiq);
- Bakalavr transkript-qiymət cədvəli (gürcü dilinə tərcümə və təsdiq);
- Magistr dərəcəsinin diplomu (gürcü dilinə tərcümə və təsdiq);
- Magistr transkript-qiymət cədvəli (gürcü dilinə tərcümə və təsdiq);
- Xarici passport;
- Şəkil 3×4 – 6 ədəd;
- Şəxsiyyət vəsiqəsinin kopyası;
- Doğum haqqında şəhadətnamə (gürcü dilinə tərcümə və təsdiq).
.