Türkiyədə bakalavr təhsili
Türkiyədə bakalavr təhsili almaq Azərbaycan gəncləri arasında çox məhşurdur. Bizimlə oxşarlıqlara sahib olsalarda daha böyük dövlət olan Türkiyə, bizim orada təhsil alan gənclərimizin inkişafında böyük rol oynaya bilir. Həm yüksək səviyyəli təhsil, həm maraqlı tələbəlik həyatı, həm də böyük şirkətlərdə iş təcrübəsi qazanmaq şansı Türkiyədə bakalavr təhsilini cəlbedici edir. Yaşam səviyyəsinində qismən yüksək olması, qəbul olduğun universitetdən asılı olaraq ödənişin çox baha olmaması (həmişə belə olmaya bilir) Türkiyənin xarici ölkə seçimləri arasında daha çox müraciət edilənlər sırasında olmasına səbəb olur.
Türkiyədə pulsuz – burslu təhsil almaq mümkündür. Təbii ki, həm qəbul alarkən, həm təqaüdə müraciət edərkən tələb olunanlara əsasən göstərdiyiniz nəticələrin bu prosesin nəticəsində böyük əhəmiyyəti var. Professional ilə işləmək Türkiyədə bakalavr təhsili almanızda böyük dəyişikliklər edə və daha uyğun şərtlərlə təhsil almanızı təmin edə bilər.
Türkiyədə bakalavr təhsili üçün universitetlərin tələb etdiyi lazımi sənədlər:
- Attestat (əgər attestat almamısızsa son sinifdə oxuduğunuza dair arayış təqadim edirsiniz)
- Transkript (yüklə)
- Foto
- Xarici Pasport
18 yaşdan aşağılar üçün qəbuldan sonra lazımi sənədlər
Ata və ananın övladına gedəcəyi ölkədə yaşamaq və oxumaq üçün verdiyi icazə (apostel olunur və Türk dilinə çevrilir)
Ata və ananın sərhəd keçməklə bağlı verdiyi icazə (Azərbaycan dilində)
Doğum haqqında şəhadətnamənin apostel olunur və Türk dilinə çevrilir)
Sizdə əgər Türkiyədə bakalavr təhsili almaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Biz bu prosesi sizin üçün daha asan, pozitiv və anlamlı edə bilərik. Xaricdetehsil.biz komandası sizə dəstək olmaq üçün burdadır.