Kahramanmaraş Sütçü İmam Üniversitesi

1/5 - (1 vote)

 Kahramanmaraş Sütçü İmam Üniversitesi – Davamlı Təhsil, Dəyişmə və Gələcəyin ünvanı.

Kahramanmaraş Sütçü İmam Üniversitesi 11.07.1992 tarixli 21281 nömrəli Rəsmi Qəzetdə 3837 nömrəli qanunla quruldu. 1992-1993 tədris ilində təhsil verməyə başladı. Universitetimiz yarandığı gündən davamlı özünü yeniləyərək sosial, elmi və mədəni fəaliyyəti ilə yüksək təhsil / təlim standartlarını tutmaq və saxlamaq prinsipini qəbul etmişdir.

Kahramanmaraş Sütçü İmam Üniversitesi daxilində 2019-cu ildən bəri 11 fakültə, 4 kollec, 3 institut, 8 peşə məktəbi, 5 rektorluq nəzdində şöbə, 21 təcrübə və tədqiqat mərkəzi, 1 səhiyyə praktikası və tədqiqat xəstəxanası fəaliyyət göstərir.

Kahramanmaraş Sütçü İmam Üniversitesinin tələbə şəhəri: Kahramanmaraş

Türkiyədə böyük şəhərlərdən biri olan Kahramanmaraş Aralıq dənizinin bütün təbii gözəlliklərinə sahib olması ilə, sürətlə böyüməsinə, müasir şəhər konsepsiyasında olmasına baxmayaraq tarixiliyini qoruyub saxlaması ilə, Türkiyənin ən böyük su hövzəsi, zəngin bitki və heyvan müxtəlifliyinə sahib olan təmiz təbiəti ilə, şəhərin yaxınlığında onlarla istirahət və gəzinti sahələri ilə heyranlıq yaradan yaşana bilən bir şəhərdər.

Cinayət nisbəti əyalətlər arasında ən aşağı olan Kahramanmaraş, iqtisadi həyat standartları digər böyük şəhərlərə nisbətən daha uyğun olmasına görədə seçilir. Buna görədə ən optimal tələbə şəhərlərindən biridir.

Şeir və şairlərin evi olan Kahramanmaraş həm də ədəbiyyat və mədəniyyət şəhəridir. İl ərzində şəhər yüzlərlə mədəni və bədii tədbirə ev sahibliyi edərkən, tələbələr üçün geniş sosiallaşma imkanlarına malikdir.

Kahramanmaraş Sütçü İmam Üniversitesinin Kampusu.

Kahramanmaraş Sütçü İmam Üniversitesi Şəhər mərkəzindəki Avşar, Bahçelievler və Karacasu Kampusları və Afşin Mahzuni Şerif, Göksun Arslanbey, Andirin, Pazarcık və Türkoğlu kampuslarından ibarətdir.

Kahramanmaraş Sütçü İmam Üniversitesi bu günkü texnologiya ilə təchiz olunmuş müasir laboratoriyalara, simsiz internet şəbəkəsinə sahibdir. Burada qapalı və açıq idman qurğuları, yeməkxana və ticarət mərkəzləridə var. Eyni zamanda 400-dən çox akademik, sosial, mədəni və idman fəaliyyəti, sosial yaşayış sahələrinə və təhlükəsiz nəqliyyat vasitələrinə malikdir. Bununlada Kahramanmaraş Sütçü İmam Üniversitesi inkişaf etmiş və keyfiyyətli bir təhsil həyatına qapı açır. Əgər keyfiyyətli bir təhsil həyatına sahib olmaq istəyirsinizsə bizimlə əlaqə saxlayın.