İtaliyada təqaüdlü təhsil

Yazını Dəyərləndir

İtaliyada təqaüdlü təhsil haqqında ehtiyacınız olan hərşey burada!

İtaliyada təqaüdlü təhsil almağı düşünürsünüzsə, lakin bu barədə məlumatınız yoxdursa doğru ünvandasınız. Öncəliklə İtaliyada Bakalavr pilləsi üzrə təhsil almağı düşünənlər haqqında məlumat verək. İtaliyada Bakalavr pilləsində təhsil almaq üçün öncəliklə 11 illik orta məktəb və bir illik Bakalavr və ya kollec təhsili, yəni ümumilikdə 12 illik təhsil almaq mütləqdir. Həmçinin İtaliyada təqaüdlü təhsil ala bilmək üçün B2 İngilis dili sertifikatı – İELTS (International English Language Testing System) imtahanından minimal 5.5 bal toplamağınız vacibdir. Bundan əlavə qiymət cədvəli (Transkript), CV (Curriculum vitae), tövsiyyə məktubu (Letter Of Reference), motivasiya məktubu (Motivation Letter) və pasport və sənədlərdə istifadə üçün 3×4 ölçülərdə şəkil vacibdir.

İtaliyada təqaüdlü təhsil üçün tələb olunan sənədlərin izahları.

  • Qiymət cədvəli (Transkript) – 11 illik orta təhsil müdətində hər fənn üzrə topladığınız balların ədədi ortası qiymət cədvəlində qeyd olunur. Bu sizin xaricdə təhsil almaq üçün müraciətiniz zamanı olduqca vacib olan nüanslardandır. İtaliyada təqaüdlü təhsil almaq üçün ortalama aşağı olmamalıdır.

 

  • CV (Curriculum Vitae) – Doğum tarixiniz, orta və ali təhsiliniz, bu vaxta qədər çalışdığınız iş yerləriniz, nəaliyyətləriniz və s. burada qeyd olunur.

 

  • Tövsiyyə məktubu (Letter Of Reference) – Bu məktub təhsil aldığınız ali məktəbdəki müəllimləriniz tərəfindən və ya çalışdığınız iş yerlərindəki idarəçi şəxslər tərəfindən yazıla bilər.

 

  • Motivasiya məktubu (Motivation Letter) – İtaliyada təqaüdlü təhsil üçün, seçdiyiniz universitetə qəbul olunmaq üçün ən vacib detal məhz motivasiya məktubudur. Bu məktub mümkün qədər geniş, konkret və səmimi olmalıdır.  Motivasiya məktubu sizin mükəmməl olduğunuzu deyil, motivasiyanızı, səbəb və məqsədlərinizi, bu məqsədinizin sizə nə qatacağını, real sizi və yanaşmalarınızı göstərməlidir.

 

Əgər Magistr pilləsində İtaliyada təqaüdlü təhsil almağı düşünürsünüzsə bu zaman 2 ilik proqrama qəbul almalısınız. İtaliyada 1 illik magistr təhsili zamanı təqaüd verilmir. Təqaüd üçün müraciət etmə proseduru  seçdiyiniz universitetə qəbul olduqdan sonra başlayır.

Siz də dünyanın ən nüfuzlu universitetlərinin yerləşdiyi İtaliyada təhsil almaq arzusundasınızsa bizə müraciət edin.