Xaricde pulsuz magistratura tehsili

5/5 - (1 vote)

Dövlətimiz daima “Gənclərin xaricdə təhsil alması” mövzusunu öz maraq dairəsində saxlayır və müxtəlif faydalı layihələr hazırlanır. Bunun nəticəsidir ki, gənclərin xaricdə təhsillə bağlı müraciətləri üçün 2007-ci ildən “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” layihəsi yaradıldı.

Gənclərimizin ölkə üçün lazımi ixtisaslarda xaricdə təhsil almalarını  ölkəmizin çiçəklənməsinin ən əsas vasitəçilərinə çevrilmələri məqsədi ilə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006 il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalanmışdır.

Bu sərəncama bənzər hazırlanan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda savadlı gənclərimizin xaricdə təhsilinin təşkili üçün vahid sistemin yaradılması nəzərə alınmışdı.
5 il ərzində təxminən 650-dən çox gənc bu proqram yardımı ilə xaricdə təhsil alıb. Bu dövr ərzində xeyli gəncin xaricdə təhsil alması təqdirəlayiq hallardan biridir. Bu gənclər arasından təhsillərini başa vurub Azərbaycana gələnlər də var, hal-hazırda təhsillərini davam etdirənlər də.
Xaricdə təhsil almaq istəyən gənclər başlıca ixtisas seçməlidirlər ki, dövlət təqaüdü ala bilsinlər. Bunun üçün Təhsil Nazirliyinin tərtib etdiyi proritet ixtisasları öyrənmək yaxşı olar.

 

Dövlət proqramına necə qoşulmaq olar? Xaricdə pulsuz magistratura tehsili almaq.

Dövlət proqramına istəyən hərkəs qoşula bilər. Bir çox gənclər elə düşünür ki, Təhsil Nazirliyi həm də qəbul proresini həyata keçirir. Qeyd edək ki, Təhsil Nazirliyi sadəcə universitetdə təhsil almağınız üçün maliyyəni təmin edir. Əlavə işləri siz özünüz edirsiniz. Yəni dövlət proqramına qoşulmaq üçün siz ilk öncə xaricdəki universitetə qəbul olmalısınız. Sonra təxminən iyun-iyul aylarında müsabiqə elan olunur və sənədlərinizi Təhsil Nazirliyən təqdim edərək qoşula bilərsiz. Amma sizə maliyyyə verilməsi üçün gərək proritet ixtisaslardan birini seçəsiniz.

 

Hansı ixtisaslar üzrə maliyyə ayrılır?

2007 ci ildə bütün ixtisaslar üzrə maliyyə ayrılmasını deyə bilərik. Amma zaman keçdikcə ixtisaslar ixtisar

olunmağa başlayır.  Yəni zamanla daha çox önəm kəsb edən ixtisaslara maliyyə ayrılır.

Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün aşağıdakı başlıca ixtisas istiqamətləri seçilmişdir:

iqtisadiyyat
turizm
tibb
riyaziyyat
neft sənayesi
nanaotexnologiya
mühəndislik
qədim dillər
kimya
informasiya texnoilogiyaları
fizika
biologiya

Qeyd olunan ixtisaslar üzrə siz xaricdə tam təmənnasız təhsil ala bilərsiniz. Magistr oxumaq istəyənlər isə bakalavrda hansı ixtisas üzrə təhsil almısınızsa, magistr üzrə də eyni ixtisas üzrə təhsil almalısınız. Əgər aid olmayan ixtisasda təhsil almaq istəsəniz, Təhsil Nazirliyi sizə maliyyə vəsaiti ayırmayacaq.

Xaricdetehsil.biz Sizlərə bu istiqamətdə istənilən zaman, hərşəkildə kömək göstərməyə hazırdır.

Əgər sizdə arzu etdiyiniz xarici universitetdə təhsil almağı düşünürsüzsə bizə müraciət edin, arzularınızı reallığa çevirək.