Almaniyada rezidentura şərtləri

5/5 - (3 votes)

Almaniyada rezidentura şərtləri tələbələrin düşündüyü qədər çətin deyil.Son dövrlər tibb tələbələrinin çox hissəsi Almaniyaya rezidenturaya yollanırlar. Almaniyada rezidentura təhsili almağın üstün cəhətlərindən biri və ən önəmlisi diplomun bütün ölkələrdə tanınmasıdır. Təhsil müddətində siz klinikalarda işləyərək həm olduqca mükəmməl praktikaya sahib olacaq, həm də özünüzün yaşam xərclərinizi qarşılayacaq qədər məvacib alacaqsınız.

Almaniyada Rezidentura Şərtləri, Qəbul Qaydaları:

Almaniyada rezidentura oxumaq istəyən tələbələrin nəzərinə , Almaniyada rezidentura şərtləri bunlardır :

  1. Ali tibb təhsilini başa vurmaq
  2. Tibb Universitetinin diplomuna sahib olmaq
  3. Alman dilini B2 səviyyəsində bilmək

Qeyd: B2 sertifikatından əlavə ixtisas yönümlü dil imtahanı vermək mütləqdir.

Almaniyada Rezidentura Şərtləri Nələri Bilməlisiniz:

Tibb universitetini bitirənə qədər artıq əlinizdə B2 sertifikatının olması lazımdır ki, əlavə vaxt itirməli olmayasınız.Bu isə sizin dili götürməyinizdən asılı olaraq ən az 6 ay müddət tələb edir.Rezidenturaya qəbul olunmaq üçün universitetlərin klinikalarında sizə dəvət gəlməlidir.Dəvət gəlmədiyi halda özünüz müraciət etməlisiniz, lakin bu zaman kəsiyində bir və ya bir neçə dəfə Almaniyaya görüşlərə getməlisiniz. Əsasən dar sahələr (dermatologiya, oftalmologiya, LOR, radiologiya və.s) üzrə iş tapmaq almanların özləri üçün də çətindir.Sizə bunun üçün bir neçə sənəd lazım olacaq:
Bewerbungsschreiben – yazılı müraciət
Lebenslauf – CV
Diplom və diplom əlavəsinin tərcüməsi
B2 sertifikatı
Öncəki iş yerinizdən xasiyyətnamə

Almaniyadan dəvət gəldiyi zaman viza prossesi nisbətən rahat olur.Lakin özünüz müraciət edirsinizsə mütləq şəkildə bank hesabınızda kifayət qədər pul olmalıdır. Əgər viza müddəti bitənə qədər heç bir iş tapa bilməsəniz növbəti vizanı almaq üçün Almaniyada olduğunuz müddət qədər zaman keçməlidir.

Bütün bu prosseslərdə biz sizə istənilən dəstəyi göstərəcəyik.Bizə müraciət edən tələbələr Alman universitetləri ilə olan birbaşa müqavilələrə əsasən dəvətlər alırlar. Xaricdə Təhsil şirkəti olaraq sağlamlığımızın keşikçiləri olan həkimlərimizə daim öz inkişafları yolunda dəstək göstərməyə hazırıq.