Elektron təhsil

5/5 - (1 vote)

Sözsüz ki , texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə yaşayırıq və zamanla onlara tələbatımız da sürətlə artır. Hərgün inkişaf edən texnoloji sahə, artıq demək olar hərbirimizin ətrafında olan internet, texnoloji avadanlıqlar yenilənir və özüylə birlikdə həyatımıza, təhsilimizə də yeniliklər gətirir. Artıq həyatımızın vazgeçilməzi sayılan internet bizə  istədiyimiz hərşeyi verir və bununla yanaşı Elektron təhsil almağımıza da fürsət verir. Siz bucür təhsil ilə olduğunuz yeri, evinizi tərk etmədən bakalavr və ya magistr təhsili ala bilərsiniz. Bu təhsil hərbir ölkədə istənilən yerdə tətbiq olunur.

Elektron Təhsil haqqında

Bu təhsil məsafədən asılı olmayaraq istənilən internetə çıxış olan yerdə keçirilən təhsil sistemidir. Bizim gündəmə yeni gəlsə də, əslində çox tarixçəsi var. Qısa danışası olsaq ilk olaraq İngiltərədə yaranıb. Sonradan ABŞ, Almaniya və digər ölkələrdə də sürətlə yayılmağa başladı. Elektron təhsili Qiyabi təhsil ilə qarışdırırlar bəzən. Lakin Elektron təhsil qiyabi təhsildən daha üstün bir formalı sistemdir. Çünki, bu təhsilin köməyi ilə siz istədiyiniz yerdə hərzaman təhsil imkanına sahib olursuz. Vaxt itirməyərək sərbəst öyrənmə prisnipi ilə istənilən sahədə təhsil ala bilərsiniz. Yəni harda internet çıxışınızın varsa, orda da təhsil imkanınız var.

Üstünlükləri

Yuxarıda qeyd etdiyimiz kimi, Elektron təhsil bizim həyatımızda elə də yer tuta bilməyib. Və demək olar ki, çox tələbə bu sistemlə marağlanmır. Səbəbi isə bu təhsil haqqında kifayət qədər məlumatların olmamasıdır. Əksinə bizə faydalı imkanlar verən üstünlükləri var:

  • olduğunuz yeri tərk etmədən, evdən təhsil almaq
  • işləməklə bərabər oxumaq imkanı
  • Daha rahat, daha ekonom
  • tam sərbəst şəkildə təhsil
  • online, həm də kredit sistemi ilə ödəniş şansı

Elektron tehsil – Distant təhsili necə əldə etmək olar?

Elektron tehsil yeniliklə bərabər üstünlükləri ilə də seçilir. Distant təhsili bizə müraciət etməklə əldə etmək mümkündür. Bakalavr və magistratura üzrə təhsil ala bilmə imkanını əldə etmək üçün elektron təhsil almaq üçün bizi seçə bilərsiniz.

Ölkəmizin bir sıra universitetlərində təsdiqlənsə də bu təhsil hələ inkişaf etməyib. Buna görə artıq biz varıq və sizə vaxt itirmədən, evdən çıxmadan, tam sərbəst şəkildə elektron təhsildən yararlanmaq üçün bizə müraciət edin.