Almaniyada rezidentura

Azərbaycanda tibb təhsili almış tələbələrin əksəriyyəti daha sonrasında öz təhsillərini artırmaq məqsədi ilə xarici ölkələrə, əsasən – Türkiyə, Almaniya, İtaliya və.s üz tuturlar. Burada həm nəzəri həm də praktiki biliklərini artırırlar.Rezidentura üçün xaricə gedən tələbələrin əksəriyyəti yüksək ortalama və dil biliklərinə əsaslanaraq ən prestijli universitetlərdən və universitetlərin klinikalarından dəvət alırlar. Rezidentura müddətində praktikada olduqları klinikalardan aylıq məvacib alaraq yaşam xərclərini rahatlıqla qarşılayırlar.

Günümüzdə Almaniyaya rezidentura təhsilinə yollanan tibb tələbələrinin sayı kifayət qədərdir. Onlar Alamniyanın ən qabaqcıl universitetlərindən və klinikalarından dəvətlər alırlar. Tələbə çoxluğu ilə əlaqədar olaraq onlar arasında daimi qızğın rəqabət gedir. Almaniyada rezidentura təhsili üçün ilk öncə siz tibb təhsilinizi başa vurmalı  və diplomunuzu almalısınız. Diplom alana qədər alman dili səviyyəniz ən az B2 səviyyəsində olmalıdır. Bundan başqa son dövrlər əlavə olaraq ixtisas yönümlü dil sertifikatı da tələb olunur. Bank hesabınızda şəhər və universitetdən asılı olaraq müəyyən olunmuş qədər büdcə göstərmək lazımdır.Universitet dəvəti olduğu halda viza prossesi olduqca rahat keçir.

Bilməli olduğunuz əsaslar:

Rezidentura təhsili müddətində sizlər olduğunuz klinikalardan məvacib də ala bilərsiniz.Çalışdığınız saəhədən asılı olaraq miqdar 2500 avrodan başlayır. Bəzi sahələr üzrə – dermatologiya, oftalmologiya, LOR, radiologiya və.s iş tapmaq çətindir. Subay olanlar əlavə olaraq dövlətə vergi ödəməlidir. Həftə sonları növbədçi olaraq qalsanız günlük təqribən 200-350 avro alacaqsınız.

Rezidenturanın müddəti: Almaniyada rezidentura ixtisas sahəsindən asılı olaraq 5 – 6 il arasında dəyişir. Stomatologiya sahələri isə 1 – 3 il arası dəyişir.

XARİCDETEHSİL.BİZ olaraq Almaniyada təhsil almaq, işləmək istəyənlərə kömək edirik. Göstərdiyimiz xidmətlər haqda daha ətraflı məlumat üçün  bizə  müraciət edin.