Ukraynada Təhsil

5/5 - (1 vote)

Ukraynada Təhsil haqqında məlumat

Ukraynada təhsil son zamanlar tələbə olmaq istəyən gənclərin ilk seçimləri arasındadır. Bu ölkədə təhsil şərtlərinin asan olması, tələbələr üçün güzəştlərin, imkanların çox olması baxımından daha uyğun görülür.Ukraynada təhsil zamanı siz  dövlət universitetlərinə imtahansız bakalavr və magistratura qebulu,Ukraynada özəl universitetlərinə attestatla imtahansız bakalavr və magistr qebulu, Ukraynada attestatla təhsil mümkün olduğu üçün orta məktəb qiymətləri normal olan və tələbə olmaq istəyən hər kəs bu imkanlardan istifadə edə bilir.Ukraynada təhsil hətta şəhadətnamə ilə də təhsil ala bilərsiniz.

Ukraynada təhsil xərcləri sizin təhsil alacağınız universitetə, qiyabi və ya əyani bölüm olmasına görə dəyişir. Beləki Ukraynada qiyabi təhsil zamanı siz illik təhsil haqqı olaraq 800 dollarla 1200 dollar arası ödəniş ödəyirsiniz. Bu ödənişlər universitetlərə görə dəyişir. Ukraynada təhsil  əyani  formada almaq istədiyiniz zaman isə siz illik təhsil haqqı olaraq 1200 dollar ilə 2500 dollar arası ödəniş ödəyirsiniz.Ukraynada təhsil alan əyani tələbələr universitet yataqxanasına yerləşdirlir. Dövlət yataqxanalarında qiymətlər aylıq 30-50 dollar arası dəyişir, bu qiymətlər universitetdə və yataqxananın şəraitinə görə müxtəlif olur. Ukraynada təhsili qiyabi formada alan  tələbələr isə hər getdikdə 10 gün qalacaqları üçün otelə və ya eyni qiymətlə Universitet yataqxanasına yerləşdirilir.2001-ci il Ukrayna  ilə Azərbaycan arasında olan təhsil müqaviləsinə əsasən Ukrayna təhsil sənədləri Azərbaycanda qarşılıqlı şəkildə tanınır. Azərbaycanan başqa heç bir ölkə ilə belə bir müqaviləsi olmasada Azərbaycanla Ukrayna  arasında diplomların və digər təhsil sənədlərinin qarşılıqlı tanınması üçün ölkələrarası müqavilə mövcuddur. Ukrania diplomları nəinki Azərbaycanda Avropanın 30 dan çox ölkəsində tanınmaqdadır.Ukraynada təhsil Bizim tələbələrin ən çox müraciət etdiyi ölkələrdəndir.Bizə müraciət etməklə sizi bütün prosedurlarla yaxından tanış edə bilərik.

Ukraynada təhsil üçün seçə biləcəyiniz əsas ixtisaslar

  • Maliyyə kredit
  • Uçot və audit
  • Beynəlxalq hüquq
  • Hüquq
  • Komputer elmləri
  • Nəqliyyatın idarə edilməsi
  • Neft və qaz fakultəsi

Attestatla qəbul olacağınız əsas universitetlər

  • Kiyev Dövlət Polis Akademiyası
  • Taras Şevçenko adına Kiyev Milli Universiteti
  • Kiyev Dövlət Dənizçilik Akademiyası
  • Kiyev Milli İnşaat və Memarlıq Universiteti
  • Kiyev Milli  Texnologiya və Dizayn Universiteti
  • Dövlət Telekommunikasiya Universeti
  • Kiyev Milli Aviasiya Universiteti
  • Kiyev Milli  Ticarət və İqtisadiyyat Universiteti
  • Kiyev Milli Nəqliyyat Universiteti
  • Boqomoltsev adına Kiyev Dövlət Tibb Universiteti
  • Vernadski adına Tavriya Milli Universiteti
  • Xerson Dövlət Dəniz Akademiyası
  • Odessa Milli Dövlət Politexnik Universiteti
  • Odessa Milli Dövlət Tibb Universiteti
  • İ.İ.Meçnikov adına Odessa Milli Dövlət Universiteti
  • Odessa Milli Dəniz Universiteti
  • Odessa Dövlət Tikinti və Arxitektura Akademiyası
  • Odessa Dövlət İqtisad Universiteti
  • Ukrayna Dövlət Aviasiya Universiteti