Y.Mudrıy adına Milli Hüquq Universiteti
Y.Mudrıy adına Milli hüquq universiteti özünüidarəedən (muxtar) dövlət ali təhsil müəssisəsidir. Universitet 1804-cü ildə yaradılıb. MHU Ukrayna universitetlərinin YUNESKO tərəfindən tərtib edilmiş TOP-15 sırasına daxildir. Universitet ikitərəfli razılaşmalar əsasında geniş Beynəlxalq əlaqələr yaradıb, dünyanın 20 ölkəsindən olan tərəfdaşları ilə bu əlaqələri inkişaf etdirir. Hal hazırda universitetdə dünaynın 36 müxtəlif ölkəsindən olan tələbələr təhsil alır.Universitet Tempus-Tacis proqramı daxilində Avropa birgə layihələrində iştirak edir və digər Beynəlxalq proqramlarda da öz yerini tutur.