Distant tehsil
Distant Tehsil Haqqında
Distant tehsil — tədris fəaliyyətininin elektron növüdür. Təhsili alanla verən arasında elektron sistemlər vasitəsiylə bağlantı olur . Distant təhsilin xarakterik xüsusiyyətlərinə cəldlik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və s. aiddir. Distant tehsildə informasiyalar öyrənənlərə elektron materiallar, elektron dərslik, audio-video disklər və s. formalarda təqdim edilir. Ölkəsində heç bir yerə getməyərək, yaşadığınız ölkəni dəyişmədən filialı olan universitetdə və yaxud evinizdə oturaraq onlayn şəkildə təhsil ala və həmin universitetin diplomunu qazana bilərsiniz. Distant tehsilin qiyabı təhsildən fərqi ondadir ki internet vasitəsiylə dərslər keçirilir . Tələbələr üçün faydalı olan bu təhsil növü həm də dərs saatlarına görə uyğunlaşdırıb işləməyinizi də mümkün edəcəkdir.
Distant tehsilin ilkin xüsusiyyətləri pedaqogika elminin atası sayılan Yan Komenskinin 1633-1638-ci illərdə qələmə aldığı “Böyük didaktika” əsərində rast gəlinmişdir.. Demək olar ki, həmin tarixdən bu günədək distant təhsil konsepsiyası olduğu kimi qalsa da, dəyişən yalnız kommunikasiya kanalları olmuşdur. Təxminən 300 il əvvəl Kaleb Filipsin distant təhsilin ilk təşkilatçısı kimi Boston qəzetində şəhər ətrafı tələbələrin daha tez yazı və mühasibatlıq kursuna dəvət elanı etməsi diqqəti cəlb edir. O insanlara öyrətdiyi kursun mövzularını poçtla insanlara göndərirdi.
Distant Təhsilin Müsbət Cəhətləri
Distant tehsil proqramları real getmək məcburiyyətində olduğunuz kurs və təlim mərkəzlərindən xeyli ucuzdur.
Distant tehsil ucqar kənd və şəhərlərdə biliyin keyfiyyətinin artırmaq üçün əvəzsiz vasitədir.
Nəqliyyat xərclərinin azalması sizin daha az vaxt itirməyiniz və distant tehsil prosesində daha çox işitrak etməniz deməkdir
Səyahətdə və istirahətdə olduğunuz zaman sizə heç bir təsir olmur
İstənilən yaşda təhsil ala bilərsiniz
Distant tehsil vaxtının çoxunu işdə və ya ailə ilə keçirən insanlar üçün yeni biliklər və bacarıqlar əldə etmək üçün yeganə mümkün vasitədir.
Distant Tehsilde Biz!
Distant tehsil almağı düşünürsünüzsə, hansı universiteti seçməyiniz sizin üçün faydalı olduğuna qərar verə bilmirsinizsə, o qədər də məlumatınız yoxdursa, bizimlə məsləhətləşə bilərsiniz. Biz sizin üçün ən etibarlı və yaxşı universitetləri seçməyinizə köməklik göstərəcəyik. Bizi seçsəniz əsla peşman olmayacaqsınız. Distant tehsil seçimini bizimlə edin. Gələcəyinizi əmin addımlarla bizimlə atın.
