Xaricde pulsuz tehsil

5/5 - (4 votes)

Xaricde pulsuz tehsil almaq mümkündür. Bunun üçün müəyyən methodlar vardır. 

Xaricde Pulsuz Tehsil Almaq 2 Yolla Mümkündür:

  • Dövlət hesabına.
  • Təqaüd hesabına.

Dövlət hesabına təhsil almaq üçün müəyyən şərtlər tələb olunur. Bu şərtlər barədə aşağıda tanış ola bilərsiniz.

Təqaüdlü təhsil üçün isə onlarla təqaüd proqramları vardır ki, hər birini şərtləri bir-birində fərqlənir.

Şirkətimizə müraciət edərək proqramlar haqqında dolğun məlumat əldə edə bilərsiniz. Həmçinin hansı kurslarla bu programlarda daha uğurlu ola biləcəyinizi birlikdə təyin edərək sizi seçdiyiniz programda uğurlu olmanız üçün ən effektiv kursu təklif edəcəyik.

Dövlət programı müddətli olaraq elan olunur və xaricdə təhsil üçün aylıq xərclərin ödənməsi üçün ölkədən ölkəyə dəyişən təqaüd təmin edir. Tələbənin universitet ortalama nəticələri həmçinin xarici dil biliyini təsdiq edən sənəd üzərində göstərilən dil səviyyəsi tələbənin təqaüd qazanma şansına bir başa təsir edir.

Xarici universitetlərdən təqaüd qazanmanın başlıca yolu dil sertifikatlarında göstərilən dil səviyyəsinin yüksək olması həmçinin sosial tədbirlərdə aktiv olmasıdır. Tələbənin fəallığı onun qazanma ehtimalına çox təsir edir.

Bəzi xarici ölkələr tələbələrdən əlavə olaraq iş təcrübəsi istəyir. İş təcrübəsi arzu olunan olaraq qeyd edən ölkələrlə yanaşı, minimum 1 il təcrübəsi tələb edən universitetlər də vardır.

Ən əsas məsələ isə Motivation Letter yazılmasıdır ki, tələbə bu yazı əsnasıda maksimum təhsilə olan həvəsini həmçinin nə üçün o universiteti seçdiyini aydın və ətraflı şəkildə göstərməlidir ki qarşı tərəf tələbənin kifayət qədər həvəsli olduğunu görüb onunla interview təşkil etsin. Görüş əsnasında tam pozitiv olmalı, həqiqətən də o universitetə layiq olduğunuzu göstərməlisiniz.