Rusiyada rezidentura

5/5 - (2 votes)

Rusiyada rezidentura hal-hazırda Azərbaycan gənclərinin maraq göstərdiyi sahələrdən biridir. Azərbaycanda təhsil alan tələbələr həm fərqli təhsil sistemi, öyrəndiklərinə fərqli yanaşmalar təcrübə etmək istəyilə və eyni zamanda yeni ölkədə yeni təcrübələr əldə etmək istəyilə xaricdə təhsil almağa üstünlük verirlər. Lakin bu bəzi çətinliklərə görə, xüsusilə maddi və informasıya azlığı ilə bağlı çətinliklərə görə həmişə mümkün olmaya bilir. Biz – Xaricdetehsil.biz komandası məhz elə informasiya azlığı ilə bağlı çətinliyi aradan qaldırmaq üçün, hardan və necə başlayacağınızı bilmirsinizsə sizə bu yolda kömək olmaq üçün varıq.

Rusiyada rezidentura təhsil almaq üçün nə etməliyik?

Rusiyada rezidentura təhsili almaq üçün ilk olaraq onu vurğulayaq ki, dil biliyiniz olmalıdır. Daha sonra nə edirik? Öz ürəyinizcə olan, oxumaq üçün seçdiyiniz xəstəxanada imtahanı verirsiniz. Adətən  imtahan şifahi  olur və ixtisasınızla bağlı bilikləriniz yoxlanılır. Şifahi imtahan ərzində 5 müəllim olur. Rusiyada rezidentura zamanı istənilən sahə üzrə təhsil 2 il davam. Rusiyada rezidentura ərzində sırf ixtisasın hə detalı öyrədilir. 2 ildən sonra  rezidentura/ordinatura üçün imtahan verilir. Bu imtahan isə ingilis dili, fəlsəfə və yenidən ixtisasdan olur. Rezidentura/ordinatura şəxsin istəyinə bağlıdır. Daha çox təcrübə əldə etmək üçün, inkişaf etmək üçün, reputasiasınızı artırmaq üçün Russian rezidenturaya müraciət edə bilərsiniz.

Əvvəlki illərdə Rusiyada mütəxəssis adı almaq üçün 1 il təcrübə keçmək lazım idi. Bu xarici tələbələrdən tələb olunmasada, imtahan verən digər tələbələr üçün böyük bir üstünlük idi. Ancaq 2016-2017-ci ildən bu şərt hər kəs üçün dəyişib. Rusiyada ixtisas  ordinatura/rezidentura adlandırılmağa başlanib. Rusiyada rezidentura həm təqaüdlə, həm dətəqaüdsüz ola bilir. Təqaüdlə təhsil alıb-almamağınız imtahanda topladığınız baldan asılıdır. İmtahan bəzi yerlərdə yazılı, bəzi yerlərdə şifahi edilir.

Moskva və Sankt-Peterburq Rusiyada rezidentura təhsili almaq üçün ən çox seçilən şəhərlərdir. Hər il dünyanın ən bahalı şəhərləri siyahısında yüksək yer tutsalar da, tələbələr üçün çox rahat şəhərlərdir. Hər yerə uzanan metro sayəsində şəhər içi gediş-gəliş çox rahatdır, bir çox yataqxanaların olması da tələbələr üçün şəraiti rahatlaşdırır.

Rusiyada rezidentura təhsil almaq istəyirsinizsə bizə müraciət edin. Biz sizə peşəkar dəstək göstərmək üçün buradayıq.