Lipetsk Dövlət Texniki Universiteti

Yazını Dəyərləndir

Lipetsk Dövlət Texniki Universitetinin əsası Tula Mexanika İnstitutunun axşam fakultəsi kimi 1956-cı ildə qoyulub. Həmin dövrdə Lipetsk ərazisində ilk və tək texniki ali məktəb idi. Fakültədə ilk vaxtlar iki ixtisas mövcud idi: maşınqayırma, metalkəsən dəzgahlar və alətlər texnologiyası; maşınlar və tökmə istehsalı texnologiyası.

Sonradan fakültənin əsasında ali riyaziyyat, fizika və kimya kafedraları təşkil edilmişdi.

1973-cü ildə Lipetsk Politexnik İnstitutu kimi fəaliyyət başlayır.

Hazırda Lipetsk Dövlət Texniki Universiteti beynəlxalq, ümumrusiya, regional müsabiqələrin, konfransların təşkilatçısı və iştirakçısı qismində çıxış edir. Universitetin alimləri müxtəlif istiqamətlər, xüsusilə də informasiya texnologiyaları üzrə elmi araşdırmalar aparırlar. Universitetin fəaliyyətinin əsasında təhsilin proqressiv metodlarından istifadə, aparıcı yerli ali məktəblərin təcrübəsi, qabaqcıl elm və texnologiya nailiyyətləri dayanır. Maarifləndirici proses geniş profilli mütəxəssislərinin hazırlığına yönəldilib.