Brno University of Technology
Çox zəngin tarixə malik olan Brno Texnologiya Universiteti 1849-cu ildə əsası qoyulan Alman-Çex məktəbinin varisi hesab olunur. Bu məktəb əsasında 1899-cu ildə Çex Texniki İnstitutut fəaliyyətə başlamışdır. Universitet statusunu yalnız 1956-cı ildə əldə etmişdir.
Hal-hazırda universitet texniki ixtisaslara əsaslanan təhsil mərkəzidir. Bu ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura dərəcə təhsil proqramları təklif edilir. Brno Texniki Universitetində səkkiz fakültə fəaliyyət göstərir. Fakültələr bunlardır: Elektrotexnika və rabitə texnologiyaları fakültəsi, İnformasiya texnologiyaları fakültəsi, Sahibkarlıq fakültəsi, İnşaat fakültəsi, Maşın mühəndisliyi fakültəsi, Arxitektura fakültəsi, Təsviri incəsənət fakültəsi və Kimya fakültəsi.