SAT nedir ?
SAT (Scholastic Aptitude Test) imtahanı Amerikada,Avropa və Türkiyədə təhsil almaq istəyən tələbələr üçün nəzərdə tutulmuş imtahandır. Xüsussilə SAT imtahının Türkiyə universitetləri üçün keçərli olması Azərbaycanda ona olan marağı artırmışdır.
SAT nədir, hansı fənlərdən ibarətdir və necə həyata keçirilir?
İlk öncə onu qeyd edək ki, SAT imtahanı 2 hissədən : SAT1 və SAT2 ibarətdir.
SAT 1 nədir?
-SAT 1 – Reasoning Test – 3 saat 45 dəqiqədən ibarətdir. Tələbələr burada riyaziyyat və məntiqdən öz biliklərini yoxlayırlar. Bölmələr olaraq: Riyaziyyat (Cəbr və Həndəsə), İngiliscə oxuma (Critical Reading), İngiliscə yazı qabiliyyəti (Writing) ibarətdir. Amerika universitetləri üçün hər üç bölmə verilməlidir və minimum SAT1 1400.Türkiyə üçün isə Riyaziyyat və İngiliscə oxumaq kifayət edir və minimum SAT1 1200 olmalıdır.
SAT2 nədir?
-SAT 2 – Subject Test – 1 saat müddətində keçirilir. SAT 2 seçdiyiniz universitetin tələbindən asılı olaraq sizlərə fənnlər verir.Bunlara Biologiya, Fizika, Kimya, İtalyan dili və.s aiddir. SAT 2 imtahanı verməklə prestijli universitetlərə qəbul şansınızı artıra bilərsiniz.
SAT imtahanına hazırlaşmaq üçün nələr tələb olunur?
-İlk öncə ingilis dilindən səviyyəniz Upper-intermediate (B2) olmalıdır, çünki bütün dərslər ingilis dilində olacaq.
SAT imtahanın hazırlaşmaq üçün nə qədər vaxt lazımdır?
-Ən yaxşı halda minimum 6 ay.