5/5 - (1 vote)

YÖS (Yabancı Öğrenci Sınavı) imtahanı Türkiyədə bakalavr təhsili almaq istəyən xarici tələbələr üçün nəzərdə tutulmuş imtahandır. YÖS nəticəsinə əsasən siz Türkiyənin istər özəl, istərsə də dövlət universitetlərində təhsil ala bilərsiniz.

YÖS imtahanı ümumi olaraq yox, ayır-ayrı universitetlər tərəfindən ildə 1 dəfə Türkiyədə və Azərbaycanda keçirilir. Əgər hansısa bir universitetin YÖS imtahanını vermisiniz və həmin universitetə getmək istəmirsinizsə həmin YÖS nəticəsi ilə başqa universitetlərə də qəbul olmaq mümkündür. Gəlin indi bu imtahan haqqında ümumi məlumata keçək..

YÖS imtahanı 2 hissədən ibarət olur :

1) Məntiq və Riyaziyyat(Həndəsə) ;

2) Türk Dili

Məntiq və Riyaziyyat bölməsindən 45 sual məntiq, 35 sual riyaziyyat olmaqla tələbəyə 80 sual və bunları həll etmək üçün 90 dəqiqə vaxt verilir.

Türk Dili bölməsi üçün isə 60 dəqiqə vaxt verilir və sizin Türk dilində yazma,danışma,dinləmə,oxuma bacarıqlarınız yoxlanılır.

YÖS hazırılıq müddəti isə 6-9 ay arası dəyişir.

YÖS imtahanı üzrə ümumi bal 100 baldır. 65+ nəticə toplayaraq siz Türkiyənin bir çox universitetinə güzəştli şərtlərlə qəbul ola bilərsiniz. Lakin Mühəndislik kimi ixtisaslar üçün 80+ , Tibb və Diş Hekimliyi üçün 95+ bal toplamağınız mütləqdir. YÖS imtahanı ilə tələbə qəbul edən universitetlərə aşağıdakılar aiddir:

Marmara Universiteti
Dokuz Eylül Universiteti
Ege Universiteti
Gazi Universiteti
Mimar Sinan Universiteti
Katip Çelebi Universiteti
Anadolu Eskişehir Universiteti
Osmangazi Universiteti
Mersin Universiteti
Selçuk Universiteti
Gaziantep Universiteti
Ondokuz Mayıs Universiteti
Adnan Menderes Universiteti və.s

Hazırda Xaricdə Təhsil komandası olaraq YÖS hazırlığı üzrə qrup və fərdi şəkildə dərs paketlərimiz mövcuddur. Bizimlə YÖS-ə hazırlaşmağın üstünlükləri çoxdur!

Üstünlüklərimiz:

  •  İstanbulda 2 universitet bitirmişi, özəl dershane və universitetlərdə 5 ildən çox dərs demiş akademik heyət
  •  Həftədə əlavə 2 saat sərbəst və qrup dərs çalışma, əlavə ehtiyacı olan tələbələr üçün təkrarlar
  •  Xaricdə təhsil almış komanda və düzgün ixtisas, fakultet və universitet seçimi
  •  Hər həftə Türkiyənin dövlət və özəl universitet nümayəndələri ilə görüşlər
  •  Ödənişsiz konsultasiya, qəbul və digər xidmətlər
  •  Hər həftəsonu öz sahəsi üzrə Türkiyənin top 10 universitet məzunları ilə görüş
  •  Ayın tələbəsi üçün xüsusi hədiyyələr və endirimlər
  •  Universitetlərə qəbula 100% ZƏMANƏT veririk!

Vaxt itirmədən bizimlə birgə YOS hazırlığına başlayın!

YÖS (Yabancı Öğrenci Sınavı) imtahanı Türkiyədə bakalavr təhsili almaq istəyən xarici tələbələr üçün nəzərdə tutulmuş imtahandır. YÖS nəticəsinə əsasən siz Türkiyənin istər özəl, istərsə də dövlət universitetlərində təhsil ala bilərsiniz. YÖS imtahanı ümumi olaraq yox, ayır-ayrı universitetlər tərəfindən ildə 1 dəfə Türkiyədə və Azərbaycanda keçirilir. Əgər hansısa bir universitetin YÖS imtahanını vermisiniz və həmin universitetə …