Çexiyada təhsil
Çexiyada təhsil yaşayış xərclərinin az olması və əlverişli təhsil haqqı baxımından xaricdə oxumaq istəyən gənclər üçün ən uyğun seçimlərdən biridir. Hal-hazırda bu ölkədə 43 mindən çox xarici tələbə təhsil alır. Avropanın qərbində yerləşən bu ölkə canlı və mədəni həyatı ilə çox fərqlənir. Hətta Mərkəzi Avropanın ən qədim universiteti Charles Univerity 1348-ci ildə bu ölkədə təsis edilmişdir.
Çexiyada təhsilin üstünlükləri.
Şərqi Avropa və Mərkəzi Asiyanın TOP 200 universiteti arasında 12 Çexiya universiteti yer almaqdadır. Charles University bu sıralamada 4-cü yeri tutaraq, Çexiyanın ən yaxşı və geniş universiteti hesab olunur. Beynalxalq tələbələrin üstünlük verdiyi bu universitetdə 53 mindən çox tələbə təhsil almaqdadır. Bura Tibb Fakultəsi ilə məhşurdur və ən önəmlisi bu ixtisas üçün ingilis dilində təhsilin olmasıdır.
Çexiyada təhsil keyfiyyətli, maddi cəhətdən əlverişli olması ilə yanaşı bu ölkənin gözəl, ekzotik görüntüsü, rəngarəng yaşam ritmi sizin tələbəlik həyatınıza maraq və dəyər qatacaq.
Çexiyada təhsil şərtləri.
Çexiyada təhsil əsasən çex və ingilis dillərində tədris olunmaqdadır. Burada hətta fransız, rus və alman dillərində də tədris olunan ixtisaslar mövcuddur. Bakalavr təhsili üçün orta təhsil və dil sertifikatı, magistr təshsili üçün isə uyğun sahədə bakalavr təhsili və dil sertifikatı lazımdır. Çexiyada təhsil üçün universitetlərin tələbindən asılı olaraq yazılı, test və onlayn müsahibəli qəbul da tətbiq oluna bilər. Universitetlərə müraciət isə əsasən Fevral və Aprel ayları arasında mümkündür.
Əgər Çexiyada təhsil almaq kimi bir arzunuz varsa elə bu an bizimlə əlaqə saxlayın, biz sizin xəyallarınıza gedən yolda güvənilir yol yoldaşı, sizi dəstəkləyən, işinizi asanlaşdıran və tezləşdirən dost ola bilərik.