Magistratura Xaricdə təhsil

5/5 - (1 vote)

Magistratura xaricdə təhsil üçün ən yaxşı seçimlərdən biridir. İstədiyiniz xarici ölkədə sadəcə 2 il ərzində təhsilinizi davam etdirmək, eyni zamanda paralel olaraq xarici ölkədə sizə iş təcrübəsi qazanmaq şansı verir. Magistratura xaricdə təhsil üçün əvvəlcə ixtisasınıza uyğun olaraq xarici ölkə və universitetlər seçmək çox önəmlidir. Araşdırma nəticəsində ilk olaraq hansı ixtisasın tədrisi hansı ölkədə daha yüksək səviyyədədir və ya hansı universitet bu sahə üzrə daha  ixtisaslaşmışdır kimi məqamları təyin edirik. Daha sonra isə ümumi şərtlərin və tələblərin sizə uyğun olub olmadığını təyin etmək üçün araşdırma  etmək lazım olur.

Magistratura xaricdə təhsil müxtəlif ölkələrdə  mümkündür.

Azərbaycan gənclərinin ən çox yönəldiyi ölkələrə İtaliya, Ukrayna, Türkiyə, Rusiya, Macarıstan, Polşa Çexiya kimi ölkələri misal göstərə bilərik. Lakin Amerika, Kanada, İngiltərə, İspaniya, Yaponiya, Çin, Norveç və s. kimi ölkələrdə də təqaüdlü və təqaüdsüz təhsil alan gənclərimiz də az deyil. Magistratura xaricdə təhsil almaq şansıniz bizim vasitəmizlə daha çox ola bilər.

Magistratura xaricdə təhsil almaq pulsuz, təqaüdlə mümkündür.

Magistratura xaricdə təhsil zamanı lazım olan ən vacib şey təqaüd əldə etməkdir. Təqaüd təklifləri isə seçdiyiniz xarici ölkə və universitetlərə görə dəyişə bilir. Bəzi ölkələrdə və universitetlərdə bunu əldə etmək daha asan, bəzi ölkələrdə isə daha çətin ola bilir. Bu hal isə qoyulan tələblərdən və şərtlərdən asılıdır. Bəzən təqaüd tələblərini ödəmək üçün müraciət olunan yer daha artıq sənəd və yüksək göstəricilər tələb edilir.

Bu seçimləri və lazım olan tələbləri yerinə yetirərkən zamanınıza qənaət etmək və nəticəni sığortalamaq istəyirsinizsə bu sahədə peşəkar olan əməkdaşlarımızın köməklərindən istifadə edə bilərsiniz.