Koreyada təhsil
Koreya Şərqi Asiyanın Koreya yarımadasında yerləşən, informasiya və texnoloji cəhətdən dünya ölkələri sırasında 1ci yerini qoruyub saxlayan bir Respublikadır. Həmçinin elm sahəsində də birincidir.
Koreyada təhsil daha çox texnologiya sahəsində inkişaf etmişdir. Bununla yanaşı Koreya təhlükəsizlik çox güclü olduğundan burda cinayətlər demək olar ən minimum səviyyə ilə ölçülür.
Və bu da Koreyada təhsil almaq istəyən hərkəs(xüsusilə xanımlar) üçün çox müsbət haldır. Buna görə məhz, Koreyada təhsil alanların yarıdan çoxu tam razı şəkildə təhsillərini başa vururlar.
Haqqında yazdıqlarımızı cəmləsək güvənli və rahat yaşam, fərqli ənənəvi-mədəni fəaliyyətlər, müxtəlif xarici insanlarla tanışlıq və söhbətlər, komfort həya tərzi, rəngli füsunkar təbiət Koreyada təhsil və yaşamın üstünlükləridir.
Koreyada təhsil qaydaları.
Təhsil 4 pillə üzrə aparılır:
bakalavr təhsili 4 il( 1il dil kursu )
magistr atura təhsili 3 il ( 1 il dil kursu )
doktorantura təhsili 4 il ( 1 il dil kursu )
tədqiqat programı 6 ay ( 1 il dil kursu )
Koreyada təhsil almaq istəyən tələbələr bütün ixtisaslara baş vura bilərlər. Lakin 4ildən çox olan ixtisaslara( memarlıq, tibb kimi məsələn) təqaüd imkanı aid olunmur.
Sənəd qəbulunun 2 növü mövcuddur: Koreyanın Azərbaycandakı Səfirliyi və təhsil almaq istədiyiniz universitet tərəfindən.
Əgər siz Korya səfirliyin yardımı ilə müraciət edirsinizsə, 3 universitet seçimi etmək şansınız olur. Yox əgər ki, birbaşa seçdiyiniz universitetin köməyi ilə müraciət etsəniz sizin sənədlər yoxlanır və yalnız 1 universitet seçmək imkanınız olur.
Müraciətinizdən sonrakı mərhələdə qəbulunuz seçilir, təsdiqləndikdən sonra sənədləriniz NİİED- ə ( National Institute for International Education ) göndərilir və burdan keçən sənədlərin hamısı təqaüd proqramı üçün göndərilir. Səfirliydən müraciət edən Azərbaycan tələbələri üçün universitet üzrə 4 yer ayrılır. Əgər birbaşa universitet tərəfindən müraciət edilibsə Azərbaycanlı tələbələrə 3 yer ayrılır (2 yer əsas, 1 yer bölgələrdən biri )
Diqqət yetirməli olduğunuz məqamlar :
Tələbənin GPU balı 80-in üzərində olmalıdır
Xarici vətəndaş olmalıdır( valideynlərindən heçbiri koreya vətəndaşı olmamalıdır )
Yaş bakalavr üçün 25 , digər pillələr üçün 40-a qədər.
Motivasiya məktubu
Qarşılanan xərclər(təhsil,sığorta,dil kursu,yol və.s kimi)
TOEFL, İELTS, TOPİK sertifikatılılara üstünlük verilir
Motivasiya məktubu
Qəbul vaxtı (bakalavr):
Sənədlərin qəbulu Sentyabr ayı başlayır, 1-ci hissə oktyabr-noyabr, yanvarda artıq 2-ci hissə olan NİİED, 3-cü hissə isə dekabr ayında baş tutur. Təqaüdü keçənlərin cavabı yanvarda çıxır və fevral ayında Koreyaya girişləri baş tutur.
Qəbul vaxtı (magistratura və doktorantura):
Sənədlərin qəbulu Fevral ayı başlayır, 1-ci hissə mart, apreldə artıq 2-ci hissə olan NİİED, 3-cü hissə isə may ayında baş tutur. Təqaüdü keçənlərin cavabı iyunda çıxır və avqustda ayında Koreyaya girişləri baş tutur.
Qəbul olmuş xarici tələbələrin təhsil müəssisələrinə NİİED-dən dəvətnamə göndərildikdən sonra tələbə vizası ilə rahat şəkildə Koreyada təhsilə başlaya bilərlər
Siz də bucür elm və texnoloji cəhətdən inkişaf etmiş, sakit təhlükəsiz Asiya ölkəsində təhsil almaq isdəyir lakin necə?hardan? başlayacağınızı bilmirsinizsə heç də özünüzü yormayın, bizə müraciət edin. Bizim Sizə tam istədiyiniz şəkildə köməklik edəcəyimizdən əmin ola bilərsiniz.