Amerikada magistr tehsili

3.5/5 - (4 votes)

Amerikada magistr tehsili almaq çox əlçatmaz görünür? Bizimlə bu əlçatandır. Xaricdə təhsil deyərkən adətən əksər Azərbaycan gəncləri Avropa ölkələrində təhsili nəzərdə tutur, çünki praktikada Amerikada magistr tehsili ala bilən gəncimiz azdır. Bu həm Amerikanın bizdən uzaq olması, baha olması və şərt və tələblərin adətən ağır olmasından irəli gəlir. Buna görə Amerikada magistr tehsili ilə əlaqəli məlumat (xüsusilə praktiki informasiya) azlığı vardır və bu isə dolayısı ilə Amerikada magistr tehsilinin əlçatmaz olduğu düşüncəsini yaradır. Lakin əmin olun ki, bu bizimlə mümkündür. Bizə müraciət edin, sizi məlumatlandıraq.

Amerikada magistr tehsilini siz təqaüdlü və təqaüdsüz formada ala bilərsiniz.

Amerikada magistr tehsili üçün təqdim edilən müxtəlif təqaüd formaları var. Tam, hər bir xərci qarşılayan təqaüd proqramları, universitet ödənişini qarşılayan təqaüd forması, universitet ödənişi ilə yanaşı sizin yarı xərclərinizi qarşılayan təqaüdlər, universitetin hər hansı bir şöbəsində işləyərək, kömək edərək ala biləcəyiniz təqaüd formaları vardır. Amerikada magistr tehsili üçün təqdim edilən ən məhşur təqaüd proqramı Fulbright təqaüd proqramıdır. Müraciət edənlərin göstəricilərindən (konkursdan) asılı olaraq bu proses çox asanda ola bilər, çox çətində. Universitetlərin bəzilərinin özlərinin elan edilməyən, lakin dəyərli bir kadr olacağına inandıqları müraciət edən şəxslərə təqdim etdikləri təqaüdlərdə həmçinin mövcuddur. Bəzi universitetlərin elan edilmiş təqaüdlərinədə rast gələ bilərsiniz. Lakin bütün bu proses ərzində, xüsusilə göstəricilərinizi artırmaq üçün əmək sərf edirsinizsə sizə bu yolda dəstək olacaq, sizə professional formada yardım edəcək bir komandanın olması sizin üçün bu prosesi həm daha maraqlı, həm də daha rahat edəcək.

Əgər Amerikada magistr tehsili almaq və bu təhsilin sizə qazandıracağı üstünlüklərdən yararlanmaq istəyirsinizsə bizə – Xaricdetehsil.biz komandasına müraciət edin. Bizi seçin, sizə peşəkar formada dəstək olaq.