N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti

Ali məktəb əsas diqqəti ölkə iqtisadiyyatının informasiya– telekommunikasiya sistemləri, nanosistem və materiallar, energetika və enerjiyə qənaət, nəqliyyat və aviakosmik sistemlər və hərbi texnika kimi önəmli istiqamətlərinin inkişafına ayırır.

Hazırda ali təhsil müəssisəsində tədris radioelektronika və lazer texnikası, fundamental elmlər, maşınqayırma texnologiyaları, xüsusi maşınqayırma, energetika maşınqayırması, robot texnikası və kompleks avtomatlaşdırma, informatika və idarəetmə sistemləri, biotibb texnikası, mühəndislik biznesi və idarəetmə, hərbi institut, ictimai-humanitar elmlər, linqvistika, bədən tərbiyəsi, baş tədris-tədqiqat və metodiki mərkəz, radiotexnika, raket-kosmik texnika, optik-elektron cihazqayırma, cihazqayırma və aerokosmik fakültələri üzrə həyata keçirilir. Fakültələr 8 elmi-tədris kompleksinin tərkibində fəaliyyət göstərir.